Xoşqədəm məvacibini AÇIQLADI
Tarix: 1-11-2018, 16:29



Xoşqədəm Hidayətqızı bir aylıq məvacibini aparıcısı olduğu "Səni axtarıram" verilişində müalicəsi üçün pul yığılan 3 yaşlı Mələk adlı uşağa bağışlayıb.
"Ölkə.Az"-ın məlumatına görə, o, bu barədə canlı yayımda bildirib:
"Bu aylıq məvacibimi - min manatı Mələyin müalicəsi üçün bağışlayıram. Digər əməkdaşlarımız da müəyyən məbləğdə kömək ediblər. Dəstək olan hər kəsə təşəkkürümü bildirirəm".
Qeyd edək ki, Mələk adlı qız ürək çatışmazlığından əziyyət çəkir.

Paylaş: