İlkin “Bozbash”ı “Buğlama”ya dəyişdi
Tarix: 1-11-2018, 15:41



“Bozbash pictures” komandası yeni layihəyə start veriblər.
 
ATV-də yayımlanacaq layihədə komanda tam heyyət ilə sevənlərinin qarşısına çıxmayacaq. Yeni layihədə akyorlar İlkin Misgərli və Nicat Rəhimov olacaq.
 
Bu barədə Primetime.az-a açıqlamasında İlkin Misgərli özü söyləyib. O, Nicat ilə birlikdə 6 müxtəlif obrazları canlandıracaq. Aktyor yeni işlərindən söz açaraq verilişin niyə “Buğlama” adlandırılmasına da aydınlıq gətirib:
 
“”Buğlama” adını əslində “Bozbash”ı  tamaşaçıya xatırlatmaq üçün qoyduq. Çünki yemək olaraq buğlama da bozbaşın bir tayıdır. Həftədə bir dəfə yayımlanacaq. Çəkilişlərimiz paytaxtla yanaşı, rayonlarda da olacaq. Dostluğumuz da qaldığı yerdən davam edir. Amma iş barədə hələlik ayrılıqlar var.  Qeyd edim ki, bu layihəni 1 illik düşünmüşük. Sonra yenidən “Bozbash”ı çəkmək fikrimiz var”.
 
İ.Misgərli bütün yay çəkdikləri “Bombaltı” filminin isə martda təqdim olunacağını söyləyib:
 
“Bundan sonra bizim komandanı görmək istəyənlər, ancaq kinoteatrlarda gəlib seyr edə bilərlər. Çünki, bu çəkilən filmlərə yetərincə xərc qoyulur. Hətta onu deyim ki, yeni filmdə 3 maşını yararsız hala salmışıq. Belə ki, maşının birini partladıb, ikisini əzmişik. Bütün bunların qarşılığını isə ancaq kinoteatrlardan ala bilərik”.
 

 

Paylaş: