"Nazənin yaxşı qızdır" - Təranə Qumral küsülü olduğu həmkarına jest etdi
Tarix: 1-11-2018, 13:06



"Nazənin yaxşı qızdır, amma ətrafındakılar pisdir".

BiG.AZ xəbər verir ki, bu sözləri Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilişinin qonağı olan müğənni Təranə Qumral deyib:

"Nazənin xanımla 5 ildir məhkəməmiz davam edir, amma demək istəyirəm ki, Nazənin yaxşı qızdır".

Verilişdə digər qonaq olan stilist Anar Ağakişiyevin "Təranə xanımın bu jesti qarşılıqsız qalmamalıdır" sözləri də diqqət çəkib.

Qeyd edək ki, Təranə ilə Nazənin arasındakı qalmaqal uzun illərdir davam edir. Qalmaqal “ANS”in “Bazar səhəri” verilişindən başlayıb. Belə ki, Nazənin canlı efirə zəng edərək, Təranə Qumrala “Səni ərimlə tutdum” demişdi.

T.Qumral isə öz növbəsində Nazənin barəsində bir çox xoş olmayan ifadələr işlətmişdi. Buna görə də Nazənin məhkəməyə müraciət etmişdi.

Paylaş: