Fahriye Evcen hamiləliyindən danışdı: “Uşağın cinsiyyəti...”
Tarix: 1-11-2018, 12:46



Hamilə olan aktrisa Fahriye Evcen bildirib ki, uşağın cinsiyyəti hələ məlum deyil.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa Fahriye Evcen əri Burak Özçivitlə dünən restorandan çıxarkən görüntülənib. Ana olmağa hazırlaşan Fahriye Evcen jurnalistlərlə sevincini bölüşüb.
“Xoşbəxt və həyəcanlıyıq, ifadə edə bilmədiyim çox gözəl bir duyğudur. Hər hamiləlikdə olduğu kimi, bəzi həssas dönəmlər olur, amma hər şey qaydasındadır. Bu mərhələdə heç kəsdən heç bir tövsiyə almıram. Kitab filan oxumuram. Onsuz da hər şeyi hiss edirsən.
Ürəyim hələ xüsusi yemək istəməyib. Lakin gələcək aylarda Burakı gecənin yarısında buralarda görə bilərsiniz. Uşağımızın cinsiyyət hələ məlum deyil”, - deyə uduz bildirib.

Paylaş: