"Maşın" şouda Kənanla Səbuhi üz-üzə gəldi
Tarix: 31-05-2017, 09:52


Əməkdar artist Murad Dadaşovun aparıcılıq etdiyi "Maşın" şounun növbəti buraxılışı baş tutub. SİA-nın məlumatına görə, verilişdə iştirakçılar aktyor Səbuhi Xanlarovun şəklini atıblar. Aktyor səs topladığı təqdirdə rejissor Kənan Mahmudovu oyundan uzaqlaşdıracağını bildirib.
 
Rejissor tamaşaçılardan S.Xanlarova "getsin"ə səs verməyi xahiş edib:“Mənim hacı, biznesmen dostlarım yoxdur. Mənimki kasıb insanlardır. Kimin imkanı varsa, Səbuhiyə “getsin”ə sms göndərsin. Uşaqlar valideynlərindən, evli xanımlar isə yoldaşlarından icazəsiz mənə səs göndərməsin. Haqqımı halal etmərəm”.
 
Veriliş boyu tərəflər arasında qarşıdurma yaşanıb.
 
Sonda aktyor 46,21 faiz səs yığaraq oyundan özü gedib.
 
Qeyd edək ki, veriliş hər axşam saat 22:00-da yayımlanır.


Paylaş: