Namiq: "Meyxanaçılar mənim adım gələndə rəng verib, rəng alırlar"
Tarix: 1-11-2018, 10:57



Meyxanaçı Namiq Qaraçuxurlu qalmaqallı açıqlama verib. 
UlduzumSan.Az-ın məlumatına görə, ifaçı bu haqda verilişlərin birində danışıb: "Artıq toylarda meyxana demirəm. Hərdən efirlərdə deyirəm, o da ürəyim istəyəndə. Meyxanaya işim kimi baxmıram. Bu sənətdən pul qazanmıram. Toylarda da meyxana desəm, pul müqabilində edəcəm. Bəzi meyxanaçılar var ki, onları bəyənirəm. Amma musiqisi də, sözləri də yerində olan meyxana görmürəm. Yaxşı ki sırf meyxana deyən uşaqlar var. Yoxsa meyxana qalardı bu birilərin əlində. Elə bilirlər ki, meyxana qızla oxumaqdan, "Rəvayət"dən ibarətdir. Bəzi meyxanaçılar mənim adım gələndə rəng verib, rəng alırlar. Bəziləri isə heç "salam" da vermirlər.
Meyxanaçılardan heç vaxt dəstək görmədim. Əksinə hamısı mənlə düşmən oldu. Haqqımda çox danışırlar, düşünürlər ki, mən susacam. Amma qərar vermişəm ki, artıq danışacam. Mən meyxana aləmindən başımı götürüb qaçmışam".

Paylaş: