Komediyalarımızı bu qədər bayağı edən nədir?
Tarix: 31-10-2018, 17:25



Azərbaycanda son illərdə çəkilən komediyaların bayağı olmasının əsas səbəbi qeyri-peşəkarlıqdır.
Bu nəticə Axar.az saytında keçirilən sorğuda üzə çıxıb.
Sorğuda iştirak edən respondentlərin 37.4 faizi komediyalarımızın səviyyəsinin aşağı olmasının səbəbini qeyri-peşəkarlıqda görüb. Mövcud problemin ikinci səbəbi kimi isə intellektual səviyyənin aşağı olması (32.6 faiz) göstərilib.
Aktyorluq qabiliyyəti (12.3 faiz), ssenari (11.8 faiz) və mövzu seçiminin düzgün edilməməsinin (5.9 faiz) də komediyalarımızın keyfiyyətinə ciddi təsir göstərdiyi qeyd olunub.



Paylaş: