"Ailəmə görə hər şeyi qurban verə bilərəm"
Tarix: 31-10-2018, 16:29



Gənc iş xanımı Dəniz Əliyeva BiG.AZ saytının suallarını cavablandırıb.

-Bildiyimiz kimi siz həm musiqi müəlliməsi işləyirsiniz həm də dırnaq qaynağı işi ilə məşğulsunuz. Sizin üçün iki işi bir yerdə aparmaq çətin olmurmu?

- Təbii ki, yox. Artıq 3 ildir ki, iki işdə fəaliyyət göstərirəm. İxtisasım musiqi müəlliməsidir. Lakin 3 ildir ki, dırnaq qaynağı ilə məşğul oluram. Bu sənətlə məşğul olmağım heç də təsadüfi deyil. Çünki uşaqlıqdanh rəssamlığa həvəsim var. Xanımlarımıza göstərdiyim xidmət məni sevindirir. Hər zaman da xanımlarımızın xidmətindəyəm. 

- Elə müştərilər var ki, kaprizli olurlar. Onlarla necə dil tapa bilirsinizmi?

- Düzdü kaprizli müştərilərimiz də olur. Amma çalışırıq ki, onlarla dil tapıb, arzuladıqlarını həyata keçirdək. İstəyirik ki, hər kəs salonumuzdan gülərüz çıxsın. Təbii ki, nəsə onların xoşuna gəlməyə bilər. Bunu da yenidən edirik. Bizim üçün önəmli olan müştəri razılığıdır. Mənim üçün əsas alacağım pul deyil, xanımların gördüyüm işdən məmnunluğudur. 

- Dəniz xanım bildiyim qədər subaysınız. Gələcək həyat yoldaşınız salondakı işinizi dayandırmağınızı istəsə razı olarsınızmı?

Azərbaycanlı gənc biznes-ledi Dəniz : "Ailəmə görə hər şeyi qurban verə bilərəm"

- Ailə müqəddəsdir. Hər şeyi ailəyə qurban vermək olar. Amma çox istərdim ki, qarşıma çıxan bəy mənim hər iki işimə hörmətlə yanaşsın. Çünki mən hər iki sənətimi çox sevirəm. Həm də bu səviyyə çatana qədər çox əziyyətlər çəkmişəm. Gələcəkdə də hər iki işimdə uğurlar əldə etmək istəyirəm. 

- Dediniz ki, həm də musiqi müəlliməsi işləyirsiniz.

-Bəli mən Asəf Zeynalı Adına Musiqi Kollecini bitirmişəm. Hazırda da Şövkət Ələkbərov adına 20 nömrəli uşaq musiqi məktəbində işləyirəm. Bu sənətimi də çox sevirəm. Uşaqlarla işləmək mənə ayrı bir zövq verir. Amma günümün çox hissəsi salonda keçir. Çalışıram ki, xanımların zövqünü oxşayan dırnaq qaynaqları hazırlayım. Hələ ki, heç bir xanımı narazı yola salmamışam. 
- Şagirdlərinizin valideynlərindən dırnaq qaynağı üçün sizə müracit edən olurmu?

- Məni tanıyan hər kəs salonumuza gəlib xidmətlərimizdən yaralanırlar. Nata Studio VİP-də elə qiymətlər qoymuşuq ki, istər evdar istərsə də işləyən bütün xanımlarımızın büdcəsinə uyğundur. Bu yaxınlarda xüsusi kampaniyalar edəcəm. Hətta deyərdim ki, heç bir salonda belə bir kampaniya olmayıb. Düşünürəm ki, bu kampaniyalar bütün xanımlarımzın ürəyincə olacaq. 

-Bildiyim qədər bir çox məşhur xanımlarımızda sizə müraciət edib. 

- Məşhurlarla işləmək insana ayrı bir zövq verir. Bir çox məşhurlar üçün dırnaq qaynağı etmişəm. Xüsusilə Türkiyənin məşhur müğənnisi Kibariyə xanımı qeyd etmək istəyirəm. Ondan əlavə yerli tanınmış müğənni və jurnalistərimiz də dırnaqlarını mənə etibar edir. Onalar arasında əməkdar artist Gülüstan Əliyeva, Nüşabə Ələsgərli və jurnalist Türkan Məmmədli də var.

- Nata Studio VİP nə zamandan fəaliyyət göstərir?

-Nata Studio VİP artıq uzun müddətdir ki, fəaliyyət göstərir. Ancaq yeni məkanda bir ildir ki, fəaliyyət göstəririk. Hətta bir yaşımızı qeyd etdik. Nata Studio VİP artıq uzun müddətdir ki zövqlu xanımlarımızın tək seçimidir. 

- Dediniz ki, kampaniyalarınız olacaq. Kampaniyalar haqqında məlumat verərdiniz? 

- Artıq Məhərrəmlik ayı başa çatır. Toy mövsümü başlayır. Gəlinlərimiz üçün xüsusi kampaniyalar olacaq. Dırnaq qaynağı etdirən gəlinlərimizin anaları və yaxud da qaynanaları bizdən hədiyyə paketi qazanacaq. Bundan əlavə məzunlarımıza və tələbələrimizə xüsusi endirimlər var. Özün gəl rəfiqən 50 faiz endirim qazansın. Nəyinki gəlinlərimiz dırnaq qaynağına yazılan bütün xanımların analarına manikür bizdən hədiyyə olacaq. 





Paylaş: