Azərbaycanlı modeldən boşanan Tolqa ağır xəstəliyə düçar olub
Tarix: 31-10-2018, 13:20



Məşhur azərbaycanlı model Günay Musayevadan boşanan və 2016-cı ildə Amerikaya köçən aktyor Tolqa Karelin ağır xəstəliyə tutulduğu iddia olunub.
Open.az türk mətbuatına istinadən xəbər verir ki, 40 yaşlı aktyor yayılan iddialara cavab verib.
O, xəstəliyinin pis vaxtlarının ötdüyünü, sağlamlıq vəziyyətinin daha yaxşı olduğunu bildirib.
Lakin T.Karel nədən əziyyət çəkdiyini gizli saxlayıb.
Xatırladaq ki, Karel Türkiyədə fəaliyyət göstərən model Günay Musayeva ilə 2011-ci ildə ailə həyatı qursa da, cütlük 2014-cü ildə boşanıb. Onların Cahangir Can adında bir oğlu var.
2016-ci ildə Sarah Scotti ilə Dominikdə evlənən Tolga Karel qızları Mea Məhəmmədi ötən il qucaqlarına alıb.


Azərbaycanlı modeldən boşanan Tolqa ağır xəstəliyə düçar olub
Azərbaycanlı modeldən boşanan Tolqa ağır xəstəliyə düçar olub

Paylaş: