"Xalq məndə milli, abırlı qız obrazını gördü"
Tarix: 31-10-2018, 12:23



Müğənni və aparıcı Murad Arifin "YouTube” kanalında yayımlanan “Popumuz var” layihəsinin qonağı müğənni Damla olub.
Open.az xəbər verir ki, ifaçı verilişdə iddialı fikirlər səsləndirib və həmkarlarına sətiraltı ismarışlarla meydan oxuyub: “Bizim mental dəyərlərimiz var. Xalq məndə milli, abırlı qız obrazını gördü. Amma, bu obraz deyil, mən özüməm! Həyatda necəyəmsə səhnədə də eləyəm. Qaynaq saçlarsız, şişirtmə dodaqsız, bir az kök, təbii Azərbaycan qızı... Hərdən dəyişmək istəyəndə, içimdə bir üsyan başlayır. "Açıq-saçıqlar, bayağılar, danışığını bilməyənlər çoxdur, sən dəyişmə" deyirəm özümə. “Xalq əsl “Azərbaycan xanımı” obrazını səhnədə gördü. Hər kəs məni o qədər tənqid etdi ki, insanlar tənqid edənlərə qıcıq olub, məni dəstəkləməyə başladı”.
Söhbət zamanı Murad proqramında qonaq olan Damlaya "ümidsizlik və ahu-zar kraliçası" titulunu verib. Onun mahnılarında həyat eşqinin olmadığını vurğulayıb.
Damla bu fikirlə nisbətən razılaşıb: “Özüm ümidsiz, çarəsiz bir insan deyiləm. Amma, ola bilsin ki, mən yaralı aşiqlər üçün oxuyuram”.

Paylaş: