Murad Arif Damlaya yeni titul verdi: "Ümidsizlik və Ahu-zar kraliçası"
Tarix: 31-10-2018, 11:42



Musiqiçi və aparıcı Murad Arifin Youtube” kanalında yayımlanan “Popumuz var” layihəsinin qonağı müğənni Damla olub. Yolüstü söhbət zamanı Damla iddialı fikirlər səsləndirərək, həmkarlarına sətraltı ismarışlarla meydan oxuyub:

“Bizim mental dəyərlərimiz var. Xalq məndə "Milli, abırlı qız" obrazını gördü. Amma, bu onraz deyil, mən özüməm! Həyatda necəyəmsə səhnədə də oyam. Qaynaq saçlarsız, şişirtmə dodaqsız, bir az kök, təbii Azərbaycan qızı. Hərdən dəyişmək istəyəndə, içimdə bir üsyan başlayır. "Açıq-saçıqlar, bayağılar, danışığını bilməyənlər çoxdur, sən dəyişmə" deyirəm özümə. “Xalq əsl “Azərbaycan xanımı” obrazını səhnədə gördü. Hər kəs məni o qədər tənqid etdi ki, insanlar tənqid edənlərə qıcıq olub, məni dəstəkləməyə başladı”. 

Söhbət zamanı Murad verilişinin qonağına ümidsizlik və ahu-zar kraliçası titulunu verərək, onun mahnılarında həyat eşqinin olmadığını vurğuladı. Damla bu fikirlə nisbətən razılaşıb “Özüm ümidsiz, çarəsiz bir insan deyiləm. Amma, ola bilsin ki, mən yaralı aşiqlər üçün oxuyuram”.



Paylaş: