Emre oğlunun ad gününə gəlmədi
Tarix: 31-10-2018, 10:22



Məşhur türk model Çağla Şıkel oğlu Kuzey Altuğun doğum gününü qeyd edib.
Open.az xəbər verir ki, Çağlanın oğlunun ad günündə atası müğənni Emre Altuğ iştirak etməyib.
9 yaşı tamam olan Kuzeyin ad günündə çəkilən fotolarda Emrenin olmaması diqqətdən yayınmayııb.
Çağla isə oğlunun doğum gününü belə təbrik edərək, keçmiş həyat yoldaşının gecəyə qatılmama səbəbini izah edib:
“Oğlum, Kuzeyim, canımın yarısı. Yaxşı ki, dünyaya gəlmisən. Səni çox sevirik. Atan xəstələndiyi üçün yanında ola bilmədi”.

Paylaş: