Ən varlı ulduzlar - 188 milyon dollar qazanıb
Tarix: 30-10-2018, 17:44



"Heat" dərgisi yenidən Böyük Britaniyanın ən bahalı ulduzlarının siyahısını hazırlayıb. Siyahıda 30 yaşa qədər olan məşhurlar yer alıblar. 

Axşam.az-ın xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı Adel yenə də siyahıya liderlik edir. Tək fərq isə odur ki, onun bankdakı hesabı 15,5 milyon dollar artıb. Bu məbləği isə Adel verdiyi konsertlər vasitəsi ilə artırıb. 

29 yaşlı Deniel Redkliff və 27 yaşlı Ed Şiranın siyahıdakı rəqəmləri dəyişib. "Shape of You" hitinin ifaçısı ikinci yeri tutur. Harri Potterin qəhrəmanı isə geriləyərək üçüncü olub. Ulduzların illik gəlirini təqdim edirik:

Adel - 188 milyon dollar

Ed Şiran - 120 milyon dollar

Deniel Redkliff - 111 milyon dollar

Harri Stayls - 74 milyon dollar

Emma Uotson - 70 milyon dollar

"Little Mix" qrupu - 61 milyon dollar

Nayl Horan - 58 milyon dollar

Lui Tomlinson - 56 milyon dollar

Liam Peyn - 54 milyon dollar

Zeyn Malik - 47 milyon dollar

Paylaş: