“İstanbullu Gəlin”in heyətinə yeni aktyor daxil oldu
Tarix: 30-10-2018, 10:52



Məşhur müğənni Yeşim Salkım “Star TV”-nin sevilən serialı “İstanbullu Gəlin”in heyətinə daxil olub.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dəniz Akçayın yazdığı, Zeynəb Günay Tanın isə rejissorluğu etdiyi seriala güclü aktyorlar cəlb olunmağa davam edir.
Ötən mövsüm Dəfnə Samyelinin rəng qatdığı seriala indi də Yeşim Salkım qonaq olacaq. Aktyorluq qabiliyyəti ilə diqqətləri üzərinə çəkən “Qızıl Portağal” mükafatlı müğənni “İstanbullu Gəlin”nin bu həftəki bölümdə sürpriz xarakteri calandıracaq.
Boranlar ailəsinin hekayəsindən bəhs edən ekran işində baş rolları Aslı Enver və Özcan Dəniz oynayır.

Paylaş: