Marat Aripov vəfat etdi
Tarix: 30-10-2018, 10:25



Tacikistanın xalq artisti, məşhur aktyor və rejissor Marat Aripov 83 yaşında dünyasını dəyişib.
Kult.az xəbər verir ki, bu barədə Tacikistanın Mədəniyyət Nazirliyi informasiya yayıb.
Məlumata görə, Aripov 29 oktyabrda paytaxt Düşənbədə uzunmüddətli xəstəlikdən sonra vəfat edib.
Qeyd edək ki, Aripov 21 yaşında Tacikistanın əməkdar artisti olmaqla bu ada sahib olan ən gənc aktyor kimi ölkə tarixinə düşüb.

Paylaş: