Demet Akalın hələ də Okan Kurtu silməyib
Tarix: 30-10-2018, 09:35



Türkiyəli müğənni Demet Akalın boşandığı həyat yoldaşının adını hələ də bədənində gəzdirir.
AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, keçən ay boşanan Demet Akalın və Okan Kurt cütlüyü evli olduqları zaman bədənlərinə bir-birlərini xatırladan bir çox döymə etdirib. Demet Akalın biləyinə qurd rəsmi çəkdirib, Okan adını, həyat yoldaşı isə Demetin şəklini belinə döymə etdirib. Boşandıqdan sonra “Okan və qurd döyməsi nə oldu?” sualını verən izləyicisinə Demet “hələ də qalır, nə olmalı idiki?” deyə cavab verib.
Qeyd edək ki, məşhur cütlük 6 illik evliliklərini keçən ay sonlandırıb. Onların bu evlilikdən Hira adlı bir qızları var.

Paylaş: