“Ölümü gözlərimlə görüb gəldim”
Tarix: 30-10-2018, 08:50



Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun bir müddət öncə əməliyyat olunmasıyla bağlı xəbər vermişdik. Əməkdaşımız Rəşid doktorun səhhəti ilə maraqlanmaq üçün onunla əlaqə saxlayıb.  

Rəşid Mahmudov Moderator.az-a açıqlamasında ölümdən döndüyünü bildirib:

“Diqqətiniz üçün minnətdaram, indi babatam. Hər bir insan yaşayır və ölür. Mən ölümü gözlərimlə görüb gəldim. Millətimdən razıyam, ay oğul, hamı mənimlə maraqlanır. İndi evdə müalicəmi davam etdirirəm. Çox sağ olun”.

Qeyd edən ki, Rəşid Mahmudov qarın boşluğunda yaranan ağrılar səbəbindən Tibb Universitetinin Tədris Cərahiyyə Klinikasında mədəaltı vəzindən əməliyyat olunub.

Paylaş: