Namiq Nanənin verilişinə çıxmaqdan imtina etdi
Tarix: 29-10-2018, 18:10



Meyxanaçı Namiq Qaraçuxurlu ATV-də yayımlanan "Şou ATV " verilişinə çıxmaqdan imtina edib.
Axşam.az-a xəbər verir ki, proqramın aparıcısı Nanə Ağamalıyeva hər həftənin cümə günü proqramına meyxanaçıları dəvət edir.
Bu günlərdə isə o, Namiqi qonaqları sırasında görmək istəyib. Qaraçuxurlu isə bundan imtina edib. O, digər meyxanaçılarla eyni verilişdə yer almaq istəmədiyini bildirib. Namiqin tələbi verilişin tək ona həsr edilməsi olub.
Qeyd edək ki, N.Qaraçuxurlu bu xəbəri "ATV maqazin onlarla"ya açıqlamasında da təsdiqləyib. O, adını açıqlamadığı proqrama həmkarları ilə qonaq olmaqdan imtina etdiyini söyləyib.

Paylaş: