Ajda sevgilisini gizlətmək istədi, dava çıxdı
Tarix: 29-10-2018, 16:00



Türkiyənin məşhur müğənnisi Ajda Pekkan ötən gecə sevgilisini mediadan gizlətmək istəyib. “Qafqazinfo” xəbər verir ki, oteldə olan sənətçi qapıda media nümayəndələrinin olduğunu bilərək narahat olub. 
Ajda, əvvəlcə VİP avtomobilini əsas girişə yaxınlaşdıraraq KİV-ləri aldatmağa çalışıb.  O, VİP-ə yox, başqa bir maşına minərək sevgilisi ilə görüntülənməkdən xilas olmaq istəyib. 
Buna nail olmayan Pekkan avtomobilini qaraja gətizdirirb. Bu zaman onları çəkməyə çalışan paparassilərlə otelin mühafizəçilər arasında gərgin anlar yaşanıb. Ajda daha sonra sevgili ilə ərazidən uzaqlaşıb. 






Paylaş: