"Ərimi Allah mənə çox görməsin"
Tarix: 29-10-2018, 15:13



Müğənni Xatirə İslam verilişlərin birində qonaq olub. 
UlduzumSan.Az-ın məlumatına görə, sənətçi həyat yoldaşı Fəxrəddin bəydən danışaraq, bütün işlərində ərnini ona kömək etdiyini bildirib: "Ailəmlə özümü xoşbəxt hiss edirəm. Hər şey hələ ki yaxşıdır. Övladımızla yaşayırıq. Emil də böyüyür. O gün gecə Fəxrəddin evə gec gəldi, başa düşdüm ki, mənə nə qədər kömək edir.
Oğlan uşağı böyütmək çətindir. Beş yaşındakı uşaqla bacarmıram. Mənim sözümə qulaq asmır. Ömründə bircə dəfə atası gec gəlmişdi, yüz dəfə dedim ki, Allah, onu mənə çox görmə. Mənə çox kömək olur, Allah da ona kömək olsun".



Paylaş: