“Oğlum atasının yoxluğunu hiss etmir” – Günay
Tarix: 29-10-2018, 14:44



Türkiyədə fəaliyyət göstərən model Günay Musayeva keçmiş həyat yoldaşı Tolqa Karel haqqında açıqlama verib.
Musavat.com xəbər verir ki, o oğlunun atası ilə görüşmədiyini deyib: “Oğlum atasının yoxluğunu hiss etmir. Oğluma həm atalıq, həm analıq etdiyim üçün Tolqanın yoxluğunu hiss etmir”.
Qeyd edək ki, model Günay Musayeva ilə Tolqa Karel 2015-ci ildə boşanıb. Onların Cihangir adlı bir oğlu var.
Daha sonra Tolqa Karel amerikalı Sara Skotti ilə evlənib və Amerikaya köçüb. Cütlüyün Mia adlı qızı doğulub.

Paylaş: