“Bir-birimizi tanımağa çalışırıq” - İlk dəfə danışdı
Tarix: 29-10-2018, 12:51



“Özəl həyatım barədə danışmamışam, bunun tərəfdarı olmamışam. Mustafa Sandalla bir-birimizi tanımağa çalışırıq. Qarşı tərəf açıqlama vermək istəmir. Ona aşiq olmayacaq bir xanım tanımıram. Mustafa ilə sosial media vasitəsiylə tanış olmuşuq, sonra yazışmağa başlamışıq”. 
“Qafqazinfo” xəbər verir ki, bu sözləri aktrisa Ceren Hindistan “İki sayfa” proqramına açıqlamasında bildirib.  O, müğənni Mustafa Sandalla sevgili olması barədə yayılan xəbərlər barədə danışıb. 
Ceren sənətçinin eks-xanımı Əminə Jahoviçdən də söhbət açıb:  “Əminəyə qarşı hissləri ola bilər. Ortada 10 illik bir evlilik, iki övlad var. Təbii ki, görüşəcəklər.  Yaşananlar gec unudulacaq. Bunlar məni narahat etmir.  Əminə onun üçün özəl biridir.  Mustafaya hər zaman dəstək olacam”. 





Paylaş: