Məşhur müğənnidən fanatına sürpriz
Tarix: 29-10-2018, 10:13



Türkiyəli məşhur müğənni Haluk Levent dünən Konya şəhərində konsertindən əvvəl fanatına sürpriz edib.
AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, atasının konsertə getməsinə icazə verməyən xanım sosial şəbəkədə “niyə oğlan olmadım, evimin yanında konsertə gedə bilmirəm”, - yazıb. Bunu görən Haluk Levent ona “atana de, gələk, icazə alaq”, - deyə cavab verib. Bir neçə saat sonra həmin xanımın evindən şəkil paylaşan müğənni “Anamız bizə kofe hazırlayır, atamızdan icazə aldıq, bacımız da bizə əmanətdir” yazaraq sosial şəbəkədə paylaşıb.
Qeyd edək ki, bu Haluk Leventin sevənlərinə etdiyi ilk jest deyil. O, daha əvvəl məzuniyyət ziyafətində tələbə qıza partnyorluq edib.

Paylaş: