"Oğlum atasının yoxluğunu hiss etmir" - azərbaycanlı model
Tarix: 27-10-2018, 11:40



Türkiyədə yaşayan və fəaliyyət göstərən məşhur azərbaycanlı model Günay Musayeva ötən gün bir geyim firmasının dəfiləsində podiuma çıxıb.
Open.az xəbər verir ki, model jurnalistlərin suallarını cavanlandırıb. O, türk aktyor Tolqa Kareldən olan oğlu Cahangirə atasının yoxluğunun hiss etdirmədiyini bildirib.
"Oğlum atasının yoxluğunu hiss etmir. Mən ona həm analıq, həm də atalıq etdiyim üçün onun yoxluğunu hiss etdirmirəm", - deyə Musayeva qeyd edib.
Qeyd edək ki, G. Musayeva dəfələrlə açıqlamalarında bildirib ki, Tolqa Karel oğlu Cahangirlə görüşmür və heç bir maddi yardım göstərmir.




Oğlum atasının yoxluğunu hiss etmir

Paylaş: