Azərbaycanlı kişi məşhurlar evli qadına görə özlərinə əl qatdılar - Əlimi uzatdım...
Tarix: 26-10-2018, 17:06



Zaur Kamal aparıcısı olduğu "5/5"də qonağı olan Eldəniz Məmmədovla günlər öncə qarşılaşdıqları bir hadisəni canlı yayımda müzakirə ediblər.

Aparıcı bu yaxınlarda doğum gününü qeyd edən Təranə Qumralın ad günü partisində maraqlı bir olayı efir vasitəsi ilə danışıb.

Bu da Zaurun sözügedən açıqlaması:

"Keçən dəfə Təranənin ad günündə gördün bu oğlan neylədi? Qoy danışım, camaatdan heç nə gizlətmirəm. Orxan Babazadə - pullu kişinin oğlu, "Bentley"lə gedib, "Bentley"lə gələn. Oturmuşduq hamımız, bir xanım var idi. Ailəli xanım idi, adını deməyəcəm. Orxan mənə işarə etdi ki, "mənlikdi". Dedim inanmıram. Biraz vaxt keçdi, Orxan gəldi qızı rəqsə dəvət etdi. Əli elə göydə qaldı. Qız dedi "Mənlik deyilsən". Orxan getdi başqası ilə oynadı. Əmin gəldi əlini uzatdı, əlini qoydu əlimin içinə, iş bitdi onunla da. Mən arvaddan qorxan deyiləm. Aparıcılar elin adamıdır. El üçün işləyirik biz".

mənbə: milli.az

Paylaş: