Leyla Ramazanlı “Səbr elə” deyir
Tarix: 26-10-2018, 13:17



Gənc ifaçı Leyla Ramazanlı yeni klipini və yeni mahnısını təqdim edib. Belə ki, müğənni “Səbr elə” adlı yeni mahnısına klip çəkdirib.
UlduzumSan.Az-ın məlumatına görə, Leyla Ramazanlı sözləri və musiqisi Nurlan Hatəmoğluna məxsus olan mahnının üzərində uzun müddətdir çalışdığını bildirir: “Uzun müddət idi ki, mahnının üzərində çalışırdıq. Türkiyənin gözəl, turistik bölgələrindən olan Bodrumda klipi lentə aldıq. Hazırda yeni mahnılar üzərində çalışırıq. Yaxın zamanda onları da tamaşaçılara təqdim edəcəyik”.
Qeyd edək ki, “Səbr elə” mahnısının klipi Kamran Aydınova məxsusdur.



Paylaş: