Meyxanaçı Samirə ikinci dəfə ərə getmək istəyir "Kişi lazımdır..."
Tarix: 26-10-2018, 11:05



Azərbaycanlı meyxanaçı-müğənni Samirə Yusifqızı ikinci dəfə ailə qurmaq niyyətindədir.
"Ölkə.Az" xəbər verir ki, ifaçı "Səhər-səhər" verilişində deyib ki, yenidən ailə qurmaq istəyir: "Oğlumun da, qızımın da ayrı evi var. Niyə ailə qurmayım ki? Bu o demək deyil ki, qadının kişisi olmalıdır. Yox, xanımın yanında qulaq yoldaşı olmalıdır.
İndi ərə gedənlər məndən artıqdır ki? Camaat 60-65 yaşında ərə gedir, mənim hələ 50 yaşım yoxdur. Niyə də ailə qurmayım?"
Qeyd edək ki, Samirə Yusifqızının ilk həyat yoldaşı vəfat edib. Onun bir qızı və bir oğlu var. Övladları evlidir.



Paylaş: