Məşhur türk serialı Venesuellada yayıma başladı
Tarix: 25-10-2018, 11:35



Türkiyənin məşhur “Diriliş Ertuğrul” serialı Venesuellada yayıma başlayıb.  “Qafqazinfo” xəbər verir ki, bir neçə ay bundan əvvəl TRT ilə TVES kanalı arasında müqavilə imzalanıb və yayım hüququ əldə olunub. 
Ekran işi həftə içi hər gün xarici tamaşaçı qarşısına çıxmağa başlayıb.  TVES TV-də artıq serialın üçüncü bölümü yayımlanır. 
Xatırladaq ki, “Diriliş Ertuğrul” 70-ə yaxın ölkədə izlənilir.  Bir neçə ay bundan əvvəl Venesuella prezidenti Nicolas Maduro serialın çəkiliş meydançasında olub və aktyor heyəti ilə görüşüb.

Paylaş: