"Təkəm, sevgilimdən ayrıldım" yazdı, çılpaq fotolarını paylaşdı
Tarix: 24-10-2018, 17:17



Məşhur amerikalı aktyor və rejissor, Hollivud ulduzu Ben Afflekin sabiq sevgilisi Şona Sekston İnstagram-dakı profilində çılpaq fotolarını paylaşıb.

Playboy jurnalının modeli, Playmate seçilmiş 22 yaşlı model fotolarını "İndi təkəm, sevgilimdən ayrıldım" sözləri ilə müşayiət edib.

Əslən ABŞ-ın Virciniya ştatından olan, ixtisasca baytar-texnik Ş.Sekston aktrisa olmağı arzuladığını da vurğulayıb.

46 yaşlı Ben Afflek iki ay əvvəl Ş.Sekstonla tanış olmuşdu. Onlar Montana ştatında romantik istirahətə də yollanmışdılar.

Əyyaşlıqdan müalicə alan B.Afflekin reabilitasiya dönəmi başa çatanda o, Sekstondan ayrılıb.

Aktyorun dediyinə görə, indi övladları - 12 yaşlı Violet, 9 yaşlı Serafina və 6 yaşlı Semuellə vaxt keçirməyi "ən böyük səadət" sayır.

mənbə: milli.az
"Təkəm, sevgilimdən ayrıldım" yazdı, çılpaq fotolarını paylaşdı
"Təkəm, sevgilimdən ayrıldım" yazdı, çılpaq fotolarını paylaşdı

Paylaş: