Cavanşir Məmmədov rüsvayçı ifası haqda danışdı
Tarix: 24-10-2018, 13:08



“Xoş ovqat” verilişinin qonağı olanda səhhətimdə problem var idi. İnsanıq, xəstələnə bilərik.
Bu sözləri Kult.az-a əməkdar artist Cavanşir Məmmədov Lider TV-də yayımlanan “Xoş ovqat” verilişindəki canlı ifası ilə bağlı danışarkən deyib. O bildirib ki, səsi xırıldasa da, xaric oxumayıb:
“Mən canlı oxumuşam. Səsim xırıldayıb da, burada nə var? Molla da Quranda çaşır. Xaric oxumamışam ki! Əgər mən o mahnını lap pis oxusaydım, onu çıxartdırardım. Səsim indi də xırıldayır. Müğənni xəstə də olar, sağlam da, yaxşı da oxuyar, pis də, amma xaric oxumaz”.
Müğənni onun ifasını tənqid edənlərə də gözlənilməz münasibət sərgiləyib:
“O ifamı tənqid edənlər qələt edir. Tənqid edənlər telefonlarını da qeyd etsinlər, mən zəng vurub onlarla danışaram. Mən Cavanşir Məmmədovam”.
Qeyd edək ki, Lider TV-nin “Xoş ovqat” verilişində qonaq olan əməkdar artist Cavanşir Məmmədovun canlı ifası sosial şəbəkələrdə kəskin tənqid olunur.



Paylaş: