Məşhur aktrisanın əri reanimasiyaya yerləşdirildi
Tarix: 24-10-2018, 10:27



Nurgül Yeşilçayın keçmiş əri və məşhur aktyor Cem Özerin vəziyyəti pisləşib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa eks-əri və oğlunun atasını çətin gündə tək qoymayıb. O, sosial şəbəkədə də Cemin sağalması üçün hər kəsdən dua etməyi istəyib.
“Bəli, Cem reanimasiyadadır. Uşağımın atasının möhkəm olacağına inanıram! Xahiş edirəm, dualarınızı əskik etməyin” , - deyə aktrisa instaqramda qeyd edib.
Qeyd edək ki, aparıcı və aktyor Cem Özer 11 gün əvvəl film çəkilişləri zamanı qəza nəticəsində ayağını sındırmışdı. Müalicə üçün İstanbula gətirilən Cemin vəziyyəti pisləşib və dərhal reanimasiyaya yerləşdirilib.
Xatırladaq ki, Cem Özer ilk dəfə 1984-cü ildə caz ustası Erol Pekcanın qızı Sebla Pekcanla, ikinci dəfə 1989-cı ildə Selin Dilmen, üçüncü dəfə 1994-cü ildə İlham Maraşlıoğlu, dördüncü dəfə isə 2004-cü ildə Nurgül Yeşilçay ilə evlənib. 2011-ci ildə boşanan məşhur cütlüyün Osman Nejat adlı bir oğulları var. Keçən ilsə 58 yaşlı aktyor gənc ssenarist Pınar Dura ilə evlənmişdi.

Paylaş: