"Qəlbimdə onun sevgisi var"
Tarix: 24-10-2018, 09:21



"Çox piardan qaçıram. Etdiyim işi göstərməyi sevirəm. Yeniliklərimlə gündəmə gəlmək istəyirəm. Dedi-qodu mənlik deyil".



Bu sözləri səhnəmizin güclü səsli ifaçısı, xarizmatik müğənni Cəmil UlduzumSan.Az-a açıqlamasında deyib. Müğənni qalmaqaldan uzaq olmağa çalışdığını söyləyib.


Cəmil sevgidən də danışıb. O bildirib ki, qəlbi boş deyil:


"Sevgisiz həyat çox çətindir. Bir insana aşiq ola bilərəm. Ürəyimə birini yerləşdirirəm, oranı qıfıllayıram. Qıfılı son nəfəsimə qədər bağlayıram. Açarın heç kim tapa bilməz, çətindir".


Paylaş: