"Kimin nə ixtiyarı var ki, mənim üçün qabağa düşüb toy danışsın...” - Əməkdar artist
Tarix: 24-10-2018, 08:34



Bir neçə müddətdir ki, müsiqiçilərimiz şadlıq saraylarında onlara verilən məbləğlərin çox aşağı salındığından şikayətlənirlər. Bildirirlər ki, müxtəlif “işbazlar” toy sahibi ilə onların arasında vasitəçilik edib toy sahibindən normal pul alır, musiqiçilərə isə onun yarıdan da azını verir. Musiqiçilər bildirirlər ki, buna görə onlar dövlətə də vergi verə bilmirlər. 

Məsələyə münasibət bildirən əməkdar artist Baloğlan Əşrəfov Moderator.az-a açıqlamasında toya gedərkən yalnız toy sahibi ilə toyu danışdığını, belə adamlarla işləmədiyini bildirdi:

“Düzdür, indi bir musiqiçi yoldaşla söhbət edirik o, da bundan şikayətlənir. Amma mənimlə heç kim bunu edə bilməz. Mənim çəkim o birilərlə bir deyil ki, onlar toy sahibi ilə aramda vasitəçilik etsinlər. Heç vaxt belə şeylərlə rastlaşmamışam. Qəti prodüserim yoxdur, özüm-özümün prodüseriyəm, toy danışanda toy sahibinin özüylə hər şeyi danışırıq. Ansambılımın rəhbəri oğlumdur, ya da o, bu işlərlə məşğul olur. Kimin nə ixtiyarı var ki, mənim üçün qabağa düşüb toy danışsın, bu mümkün deyil”.

Paylaş: