Əməliyyat olunan Rəşid Mahmudovdan xəbər var - Həyat yoldaşı danışdı...
Tarix: 24-10-2018, 08:29



Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun ötən həftə əməliyyat olunması haqda məlumat vermişdik. 

Moderator.az-ın əməkdaşı tanınmış alimlə əlaqə saxlayaraq səhhəti ilə maraqlanıb və dəstəyə həyat yoldaşı cavab verib. R.Mahmudovun həyat yoldaşı Moderator.az-a açıqlamasında nikbin danışıb:

“Rəşid müəllim hələ ki, xəstəxanadadır. Səhhəti normaldır, əməliyyatı uğurla keçdi. Həkimlərin dediyinə görə bir-iki günə evə buraxılacaq”.

Qeyd edək ki, ötən həftə qarın boşluğunda yaranan ağrılar səbəbindən Tibb Universitetinin Tədris Cərahiyyə Klinikasına yerləşdirilən R.Mahmudov mədəaltı vəzindən əməliyyat olunub. 

Paylaş: