"İlhamə oğlunun toyunda gəlinini doğum evinə aparmaq istəyib"
Tarix: 23-10-2018, 16:27



ATV-nin "Bizimləsən" verilişində maraqlı anlar yaşanıb.

UlduzumSan.Az open.az-a istinadla xəbər verir ki, verilişin qonaqları olan müğənni Nüşabə Ələsgərli və aparıcı İlham Mirzəyev mərhum xalq artisti İlhamə Quliyeva haqda açıqlama verib.

Qonaqlara qoşulan aparıcı Zaur Baxşəliyev də illər öncə İlhamə Quliyevanın toyunda baş verən hadisələri xatırlayıb: "İlhamə xanımın oğlunun bizə göstərilən toyundan öncə əsl toyu olmuşdu. Yəni onun həyat yoldaşı toyda hamilə idi. Hətta İlhamə xanım mikrofonu əlinə alıb, ona ilə atmaca atdı. "Təcili tibbi yardıma zəng edəcəm, toydan birbaşa doğum evinə gedək" dedi" .

Əməkdar artist Nüşabə Ələsgərli mərhum sənətkar barədə bu sözləri söyləyib: "İlhamə xanım ölümü gözləmirdi. Həmişə düşünürdü ki, ölməyəcək. Həmişə hər şeyi idarə etməyi sevirdi. Orxanın gözlənilməz evliliyi isə onu təəccübləndirdi. O, idarə edə bilmədiyi mövzuları sevmirdi".

Aparıcı İlham Mirzəyev İ.Quliyeva haqqında sözlərini belə davam etdirib: "İlhamə Quliyevanın evində bir pişiyi var idi. Həmin pişiyin adı isə Markiz idi. Quliyeva Markizə oğlundan daha çox hörmət edirdi".

Paylaş: