Akif İslamzadənin ən böyük qorxusu: “Allah onu əlimdən almasın”
Tarix: 8-08-2017, 18:35



Xalq artisti Akif İslamzadənin doğum günüdür.
69 yaşı tamam olan sevilən sənətkar təəssüratlarını Yenicag.az-la bölüşüb:
“Bağda qohum-əqrəba və dostlarımın əhatəsində 69 yaşımla vidalaşıram. Əhval-ruhiyyəm də çox yüksəkdir. Hər kəs zəng edib məni təbrik edir, xoş sözlər söyləyir. Bu yaşa gəlib çatdığım üçün Allahıma minnətdaram”.
Xalq artisti rəqəmlərin onun üçün heç bir əhəmiyyət daşımadığını da dilə gətirib:
“60 yaşımdan sonra daha mənim üçün rəqəmlərin heç bir əhəmiyyəti yoxdur. İstər 65 olsun, istər 69, 70 və s. Bütün doğum günlərimi eyni əhval-ruhiyyədə qeyd edəcəm”.
A.İslamzadə özünə arzuladığı ən böyük arzusundan və onu narahat edən qorxusundan söz açıb:
“Bu yaşda mənim özümə arzum yalnız sağlamlığımla bağlı ola bilər. Canım sağ olsun. Bir də qorxum odur ki, Allah ağlımızı əlimizdən almasın”.

Paylaş: