Serdarın boşanma xəbəri yayılıdı
Tarix: 23-10-2018, 11:03



Məşhur türkiyəli müğənni Serdar Ortaç və həyat yoldaşı Kloe Louqhanın boşanması barədə xəbərlər yayılıb.
Open.az xəbər verir ki, Serdar söz-söhbətlərə cavab verərək, xəbərləri yalanlayıb.
O, həyat yoldaşının bu yaxınlarda avtomobil qəzasından qurtulduğunu və yaxşı olması üçün dua etdiyini dilə gətirib: “Bu gün verilişlərdə Serdar həyat yoldaşı ilə boşanır deyə söhbət yayılıb. Belə bir şey yoxdur, ola da bilməz. O, hələ qəzadan yeni xilas olub. Sağlamlığına qovuşması üçün dua edirik. Bu mövzular barədə danışmaq əsassızdır”.
Qeyd edək ki, cütlüyün toyu 2014-cü ildə olub.

Paylaş: