Bülent Ersoyun modelyerindən Aytənə: “Azərbaycanın gözəli...” – FOTO
Tarix: 31-05-2017, 08:52



Xəbər verdiyimiz kimi, oriyental rəqsin  kralicası Aytən Əliyeva  bir il yaradıcılıq fasiləsindən sonra pərəstişkarlarını yeni fotossesiya ilə sevindirib. 

Fotosessiyada  gözəlliyi ilə göz oxşayan oriyental ulduzunun geyindiyi libas tanınmış "Byeserfashion" kolleksiyasından olub.

Ulduzumsan.Az bildirir ki, tanınmış türkiyəli modelyer Semih Doğruer, şəxsi hesabında Aytənin fotosunu paylaşaraq, bu sözləri yazıb: "Azərbaycanın gözəli Aytən".  
 

Qeyd edək ki, Bülent Ersoy, Petek Dinçöz, İrem Derici, rəqqasə Asena və Linet kimi türk ulduzların modelyeri kimi tanınan Semih Doğruer Azərbaycanda sənətçilərdən yalnız oriyental rəqqasə Aytən ilə əməkdaşlıq edir. 




Paylaş: