Xanım Qafarovanın qızı Mahsun Kırmızıgülün filmində
Tarix: 22-10-2018, 15:54



Xəbər verdiyimiz kimi, mərhum əməkdar artist Xanım Qafarovanın qızı, 11 yaşlı Gövhər Türkiyədə filmə çəkilir.
 
Primetime.az xəbər verir ki, o, türkiyəli müğənni Mahsun Kırmızıgülün rejissorluğunu etdiyi  “Mücize 2” filmində rol alır. Balaca Gövhər artıq çəkilişlər üçün Türkiyəyə yollanıb. Ötən gün isə artıq onun olduğu epizodlar çəkilib.
 
Qeyd edək ki, əməkdar artist Xanım Qafarova 2014-cü ildə xərçəng xəstəliyindən dünyasını dəyişib.





Paylaş: