İlhamə tanınmaz hala düşdü
Tarix: 8-08-2017, 16:09


Müğənni İlhamə Qasımova imicini dəyişərək tanınmaz hala düşüb.
Yenicag.az xəbər verir ki, saçlarını sarı rəngə boyayan müğənninin yeni görünüşü müzakirələrə səbəb olub. Çoxları İlhamənin stilini bəyənməyərək, sarı saçların onu yaşlı göstərdiyini bildiriblər.
İ.Qasımova onun yeni görünüşünü tənqid edənlərə belə cavab verib:
“Gözəl ürək sözlərinizə görə çox sağ olun. Qoca görünürəm, pis görünürəm, ya da ki, nə gündəyəm… Allah razı olsun. Sizə həyatınızı daha maraqlı keçirməyi arzulayıram. Həyatda qeybətdən və başqasını müzakirə etməkdən daha maraqlı şeylər var. Bunun üçün pul lazım deyil”.

Paylaş: