Vasifdən sonra Manaf da saç əkdirdi
Tarix: 19-10-2018, 15:37



Saç tökülməsindən əziyyət çəkən müğənni Manaf Ağayev həkimə müraciət edib.

UlduzumSan.Az teleqraf.com-a istinadən xəbər verir ki, artıq yeni gur saçları olan ifaçı bu barədə danışıb: “Mən bura elə-belə yerə gəlməmişəm. Adını çəkmək istəmədiyim bir sənət dostumun saçını gördüm, söylədim ki, tük əkdirmisən? Dedi, yox. Onun məsləhətindən sonra bura gəldim”.

Xatırladaq ki, simulyasiya saç problemi olan nahiyələrə xüsusi hazırlanmış cihazla saç simulyasiyası boyasının baş dərisinə kiçik saç kökü effektləri verilərək doldurulmasi prosedurudur. Dəri fiziologiyasina bağlı olaraq ortalama 5 il istifadə imkanı vardır.

Qeyd edək ki, Manaf Ağayevdən öncə əməkdar artist Vasif Məhərrəmli eyni həkimə müraciət edərək yeni saçlara sahib olmuşdu.

Vasifdən sonra Manaf da saç əkdirdi - Video

Paylaş: