Əli Mirəliyev Orxanın həbsindən danışdı: “İlhamə, uşağı sən cani elədin!” - Ağır ittihamlar
Tarix: 18-10-2018, 17:59



“Orxan Nadrovun oğru, cinayətkar olmasında günahkar İlhamə Quliyevadır”.Bunu AzNews.az-a açıqlamasında xalq artisti, mərhum müğənni İlhamə Quliyevanın yaxın qohumuƏli Mirəliyev Orxan Nadirovun həbsindən danışarkən deyib.
O, qeyd edib ki, İlhamə Quliyevanın “Dəmirbank”da olan 380 min manatı Orxan Nadirovun toyundan yığıdığı pulun bir hissəsidir:

“İlhamə xanım xəsis idi. Onun bir xasiyyəti vardı, adamı yuxarı qaldırıb, sonra da ordan yerə çırpırdı. Adamdan istədiyi kimi istifadə edirdi, heç kəsə inanmırdı. Orxanı özünə övlad elədi, amma heç bir quruma bu barədə bir kağız belə vermədi. Onda sual olunur, niyə Orxana toy edib, ordan pul yığmısan? Deməli, sən Orxandan da istifadə eləmisən. Onun toyunda kimlər yox idi: deputatlar, iş adamları... eləsi vardı, 5-10 min pul salmışdı. “Dəmirbank”da 380 min pul Orxanın toyundan yığılan pulun bir hissəsi idi.

Özü getdi yerin altına, biz də burada bir-birimizi qırırıq. Bunlar İlhamənin həyatda düzgün yaşamamasının nəticəsi idi.

Orxanı iş adamları ilə İlhamə tanış edib. Hara gedirdisə, özü ilə aparırdı, “oğlumdu” deyirdi. Bilirdin ki, həyat qısadır, gərək hər kəsin payını verəydin. Orxan Lalənin öğludur. Lalə Tükəzbanla Həbibin evində böyüyüb. Orxan da həmin evdə İlhamənin oğlu adı altında böyüyüb. Bütün mülk də Orxana qalmalıdır. Amma necə olur, İlhamənin var-dövləti onun zəhləsi getdiyi bacılarına qalır? Bəs insanlıq? Orxanı Tükəzban böyüdüb. Bibi ölənə kimi ona kürü yedizdirib. Bibi ölənə kimi İlhamə ona baxmadı...

Orxanın bədbəxtliyində, ilk növbədə İlhamə günahkardır. Laləni də, onun uşağını da bədbəxt elədi. Analıq edə bilmirdinsə, efirdə niyə “balam” deyirdin? Orxan həbsdədir, ürəyim ağrıyır. İlhamə, uşağı sən cani elədin!”.

Qeyd edək ki, xalq artisti, mərhum sənətkar İlhamə Quliyevanın oğlu Orxan Nadirov oktyabrın 6-da həbs edilib. İttihama görə, o, “işə düzəltmə” adı ilə zərərçəkmiş şəxsin 69 min manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib. 

Paylaş: