Oksananın Hindistanda çəkildiyi ilk film: “Gənc qızı aldadıb...” – VİDEO
Tarix: 8-08-2017, 13:43


Rəqqasə Oksana Rəsulovanın rol aldığı hind filmi tamaşaçı qarşısına çıxıb. 
Musavat.com xəbər verir ki, “Girl on Heels” (Hündürdabanda qız) adlı qısametrajlı film ötən gün  Hindistanın “Sony Liv” televiziyasında yayımlanıb. Oksana filmdə gənc qızı aldadıb, əxlaqsız yola çəkən qadın obrazını canlandırıb.
Qeyd edək ki, Hindistanın məşhur “İndias Best Cine Star Ki Khoj” yarışmasının qalibi azərbaycanlı rəqqasə Oksana Rəsulova olmuşdu. Daha sonra orada filmə çəkilməyə başlamışdı.



Paylaş: