Orxanın anasından Cavanşirə: “Oğlumun qanına susamayın, Anarı da belə öldürdülər”
Tarix: 18-10-2018, 15:25



Əməkdar artist Cavanşir Məmmədov mərhum xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü Orxan Nadirov barəsində ittihamlar səsləndirib.
Müğənni hazırda həbsdə olan Orxanın dələduzluğundan bəhs edərək bildirib ki, İlhamə Quliyeva ev alarkən, Orxan ona 30 min manat pul atmaq istəyib.
Orxanın anası Lalə Nadirova Yenicag.az-a açıqlamasında incikliyini ifadə edib:
“Cavanşir müəllimlə telefon danışığımız oldu. O, üzrxahlıq etdi və sözünün düzgün anlaşılmadığını bildirdi. Oğlum hazırda təcridxanada saxlanılır, belə bir vaxtda onun barəsində bu cür xoşagəlməz sözlər danışmaq, uşağıma qara yaxmaq lazım deyil. Sosial şəbəkələrdə paylaşılır, ağızlarına gələni yazırlar. Əl çəkin oğlumdan, onun qanına susamayın. Anar Nağılbazı da belə bezdirib öldürdülər. Vicdanınız olsun”.

Paylaş: