Ledi Qaqanın toyu olacaq
Tarix: 18-10-2018, 10:22



Dünyaca məşhur amerikalı müğənni Ledi Qaqanın toyu olacaq.
 
Primetime.az xəbər verir ki, daima geyimləri ilə gündəmə gələn 32 yaşlı ifaçı 49 yaşlı musiqi meneceri olan sevgilisi Kristian Karino ilə ailə qurmağa hazırlaşır. Karino Qaqa ilə ailə qurmağa xeyir-dua almaq üçün onun atasına müraciət edib. Verilən məlumata görə, cütlük ötən ilin yayında ailə qurmaq istəyib. Lakin buna Ledi Qaqanın işlərinin çox olması mane olub.
 
Məlumat üçün bildirək ki, Ledi Qaqa Karino ilə münasibətə başlamadan öncə, aktyor Teylor Kinni ilə uzun müddət eşq yaşayıb.

Paylaş: