Nəsrin Kannda göz oxşadı...
Tarix: 17-10-2018, 16:20



Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə film dünyasının mərkəzi hesab olunan Kann şəhərində festivala qatılıb.
Open.az xəbər verir ki, aktrisa qırmızı xalçada kameralara müxtəlif pozalar verib. Cavadzadə öz geyimi və hərəkətləri ilə ətrafdakıların diqqətini cəlb edib.
Məşhur aktrisa gündüz saatlarında sevdiyi şəhəri saatlarla gəzərək, şəkil çəkdirib. O, "İnstagram" hesabında yatağında şokolad yeyərkən çəkilən fotosunu paylaşıb.
Aktrisanın bu şəkli 150 mindən çox izləyici tərəfindən bəyənilib.





Paylaş: