Ayan onu tənqid edənlərə: "İçi qurdlular..."
Tarix: 17-10-2018, 13:08


Müğənni Ayan Babakişiyeva son günlər geyimləri, yeni avtomobili və bahalı çantası ilə gündəmə gəlməsi başına bəla olub. 
UlduzumSan.Az-ın məlumatına görə, sənətçinin əşyalarının qiymətləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub və ifaçını tənqid ediblər.
Sənətçi onu tənqid edənlərə sərt cavab verib: "Əzizlərim, canlarım, dostlarım, düşmənlərim, sevənlər, sevməyənlər, paxıllar, içi qurdlular, bir söz demək istəyirəm. Selena demiş: “Mənim çantam, maşınım, ayaqqabım, evim, ya da yaşadığım həyat heç kimi narahat etməsin”.
Niyə? Çünki mənə pis olanda, ya da yaxşı olanda bu həyatı özüm yaşayıram. Heç kimə də hesab vermirəm. Hər kəs öz həyatına baxsa, birini tənqid etmədən yaşasa, məncə, uğurları daha çox olar. Gəlin, bu qədər kinli olmayaq".

Paylaş: