Reper Rihanna ilə münasibətləri haqqında İLK DƏFƏ DANIŞDI
Tarix: 17-10-2018, 12:51



“Həyat bəzən bizə çox ağır dərs verir. Məsələn, bir vaxtlar hamı Rihanna ilə inanılmaz münasibətlərimiz barədə danışırdı, doğrudan da gözəl idi. Amma indi bu nağıl yoxdur. Hər şey bitib”.
UlduzumSan.Az publika.az-a istinadən xəbər verir ki, bu sözləri məşhur reper Dreyk qonaq olduğu “The Shop” verilişində Rihanna haqqında danışarkən deyib.
31 yaşlı reper etiraf edib ki, Rihanna ilə evlənməyə hazır idi, lakin onun arzuları reallaşmayıb.
Məlumat üçün bildirək ki, Rihanna ilə Dreyk 2016-cı ilin əvvələrində sevgili olub. Dreyk “MTV Video Music Awards 2016” mükafatlarının təqdim olunması mərasimində səhnəyə çıxaraq Rihannaya olan eşqini elan etmiş, daha sonra boynundan öpmüşdü. 2016-nın sonlarda isə Rihannanın ərəb milyarderi Cəmil Həsən ilə münasibətləri ortaya çıxmışdı.
Keçən ilin oktyabrında Dreykin fransız aktrisası Sofi Bryusdan oğlu dünyaya gəlib. Reper ata olması ilə bağlı təəssüratlarını belə ifadə edib:
“Özüm ata olduqdan sonra başa düşdüm ki, bu, inanılmaz hissdir. Anamı, onun dözümü və mənə qarşı olan şərtsiz sevgisini indi daha yaxşı başa düşürəm”.

Paylaş: