21 yaşlı model gecəyarısı qəfildən dünyasını dəyişdi
Tarix: 17-10-2018, 12:28



Şimali İrlandiyanın ən tanınmış modellərindən olan 21 yaşlı Mairead O’Neill qəfildən dünyasını dəyişib.
 
Primetime.az xəbər verir ki, Belfastda yaşayan modelin anası 10 ay öncə xərçəng xəstəliyindən dünyasını dəyişib. Modelin ölüm səbəbi bilinmir. O, 6 ildir ki, model agentliyində işləyirdi.
 
Modelin işlədiyi agentliyin müdiri  “agentliyin ən bacarıqlı modellərindən biri idi. Biz onun ölüm səbəbini bilmirik. Amma Mairead anasının ölümündən sonra çətin günlər keçirirdi” – deyib.

Paylaş: