Mətanət İsgəndərli canlı yayımda ögey oğluyla görüşdü
Tarix: 15-10-2018, 16:33



Əməkdar artist Mətanət İsgəndərli ATV-nin "Bizimləsən" verilişinin qonağı olub.
Open.az xəbər verir ki, müğənni verilişdə həyat yoldaşının ikinci nikahından olan oğlu Hüseynlə görüşüb.
O, Hüseyni çox istədiyini və gələcəkdə bütün xərclərini qarşılamaqda yardım edəcəyini vurğulayıb:
“Adı Hüseyndir. Belə insanı necə sevməyəsən? Kərim balamın qardaşıdır, ataları birdir. Bu da mənə övladdır. Allah onun da anasını qorusun. Gecələr insan Allahla çox danışır. Mən də hər gecə dua edirəm ki, imkan versin, Hüseynin hər şeyinə kömək edim. Toyunu özüm edəcəyəm. Hüseyn böyüyəndən sonra özü yanıma gəldi. Bacısı Ülkər ərə gedəndə Türkiyəyə onun yanına getmişdi".




Paylaş: